• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 05.08.2015 11:49

Tovuzda bıçaqlaşma olub

Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Yeznə-qayın olan Elman Sadıqov və Vahid Həsənov birgə yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı bir-birini bıçaqlayıb. Nəticədə ağır bədən xəsarətləri alan Elman Sadıqov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Tovuz rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti daha ağır olan Vahid Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.