• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 23.09.2014 18:47

Sabirabad sakininin həyətyanı sahəsindən narkotik vasitə və silah-sursat aşkarlanaraq götürülüb

Sabirabad polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları və silah-sursat aşkar edilərək götürülüb.

 

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar əməliyyat-axtarış tədbitirləri həyata keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiçəkli kənd sakini, 45 yaşlı Əli Rza oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən  zaman 100 kvadratmetr ərazidə becərilmiş və aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, 5 kiloqram qurudulmuş, 5 kiloqram yarımqurudulmuş marixuana, 2 ədəd kibrit qutusunda  marixuana toxumları aşkar edilib.

Bundan sonra onun yaşadığı fərdi yaşayış evinə  baxış keçirilib. Baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış 16 çaplı ov tüfəngi, pulemyot üçün patronlar, eyni zamanda qırma və barıt aşkar olunub. Polis əməkdaşları tərəfindən aşkar olunan narkotik tərkibli çətənə kolları və silah-sursat götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.