• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 05.08.2015 13:26

Bölgələrdə Respublika Süni Mayalanma Mərkəzinin nümayəndəlikləri yaradılır

Artıq toxum almaq istəyən fermerlər Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzinə deyil, bilavasitə zona baytarlıq laboratoriyalarına müraciət edə bilərlər. Şamaxı, Salyan, Göyçay, Xaçmaz, Lənkəran, Tovuz, Bərdə, Sabirabad, Beyləqan, Göygöl, Qax, Qəbələ olmaqla 12 bölgənin nümayəndələri hazırda Respublika Süni Mayalanma Mərkəzində təlimatlandırılırlar. Onlar avqustun 3-dən etibarən maye azotun qəbulunu, toxum satışını həyata keçirirlər, gələcəkdə avtomobil və digər avadanlıqlarla da təchiz ediləcəklər. Qeyd edək ki, bu ilin 6 ayı ərzində respublikada 50 min baş heyvan süni mayalandırılıb ki, onlardan da 34 min baş sağlam buzov alınıb. Mərkəzin direktoru Ramiq Abbasov daha çox ətlik cinslərə maraq olduğunu deyib. Ölkədə heyvanların süni mayalandırma şəbəkəsinin daha da genişləndirilməsi üçün iki aydır ki, Göygöldə Fransa təcrübəsinə əsaslanan yeni Süni Mayalandırma Mərkəzinin tikintisinə də başlanılıb.

Ramiq Abbasov -Respublika Süni Mayalanma Mərkəzinin direktoru: "İlin sonuna fəaliyyətə başlaması nəzərdə tutulub. Əsas işimiz respublikada süni mayalandırma işinin genişləndirilməsi, həm də biotexnoloji üsul olaraq gələcəkdə embrion köçürmə, yəni heyvanların transplantasiya üsulunu tətbiq etməkdir. İndiyə qədər 22 baş buğa saxlanıb. Yeni inşa edilən mərkəzdə isə 40 baş buğanın saxlanması nəzərdə tutulub".