• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 23.09.2014 18:47

Bakıda keçmiş məhkumun üzərində silah-sursat aşkar edilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Çingiz Hacıyev sentyabrın 22-də Xocalı prospektində şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan zaman Çingiz  Hacıyevdən buraxılış ili və nömrəsi silinmiş, sandıqçasında 3 ədəd patron olan Makarov tapançası aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.