• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3739
— 04.08.2015 16:50

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şəhər sakini Niyaz İsayev idarə etdiyi minik avtomobili ilə sülh küçəsində hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Sərnişinlərdən biri, 27 yaşlı Vəfadar Ələkbərov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər 2 sərnişin-İlqar Hüseynov və Fərrrux Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Nadir Təkləvi –həkim: “İsayev Niyaz Məmməd oğlu qabırğaların sınığı, qarnın küt travmasi ilə xəstəxanaya daxil olmuşdur. Hal- hazırda vəziyyəti stabildir. Digər xəstə, Hüseynov İlqar Oruc oğlu, sol bud sümüyünün orta üçdə birinin qapalı yerdəyişməsi diaqnozu ilə daxil olmuşdur. Vəziyyəti stabildir. Digər xəstə isə, Əliyev Fərrux Tofiq oğlu qarnın küt travması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur, vəziyyəti stabildir”.