• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3737
— 04.08.2015 17:35

Ani ehtiyatsızlıq ağır yanıq xəsarətləri ilə nəticələnib

Hadisə dünən axşam saatlarında Balakənin İti Tala kəndində baş verib. Kənd sakini 1979-cu il təvəllüdlü Kərimov Əli Xəlilbəy oğlu odun doğrayan texnikanı təmir etdikdən sonra əlini benzinlə təmizləmək istəyib. Bu vaxt onun siqaretindən düşən od bədbəxt hadisəyə yol açıb. Əlinin paltarı alışıb və o, ağır yanıq xəsarətləri alıb. Zərərçəkən təcili xəstəxanaya çatdırılıb və ilkin yardım göstərilib. Bədəninin 80 faizi yanan xəstənin vəziyyəti hazırda stabildir, müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.