• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 04.08.2015 16:03

Gəncənin Cavad xan qəsəbəsində 2048 nömrə tutumlu yeni ATS istifadəyə verilib

Tikintisinə ötən il başlanılan ATS qəsəbə sakinlərinin rabitə xidmətinə olan tələbatını tam ödəyəcək. Abonentlər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet xidmətindən də yararlanacaqlar. Qeyd edək ki, artıq bu günədək qəsəbədə yaşayan 300-dən artıq abonentə yeni nömrələrin verilməsi başa çatdırılıb. Yaxın iki ay ərzində bu sayın 1000-ə çatdırılması nəzərdə tutulub. Bu, il ərzində Gəncədə istifadəyə verilən sayca 2-ci ATS-dir.