• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2501
— 04.08.2015 15:52

Daşkəsəndə bir neçə min illik tarixi abidə aşkarlanıb

Zəylik kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı bir ədəd kurqan, 5 ədəd isə daş qutu məzar aşkarlanıb. Məzarlarda xeyli sayda saxsı qablar və metal əşyalar tapılıb. Bu əşyalar e.ə X-IX əsrə aiddir. Başqa sözlə onların 3 min ilə yaxın yaşı var. Arxeoloji tapıntı öz unikallığı ilə fərqlənir. Bu tip abidələrə Azərbaycan ərazisində ilk dəfədir ki, rast gəlinir. Kurqan sahəsinə və quruluşuna görə əvvəl aşkarlanan tapıntılardan seçilir. Arxeoloji kəşfiyyat nəticəsində müəyyən olunub ki, burada saysız miqdarda daş qutu və kurqanlar mövcuddur. Bu isə 3 min il əvvəl Daşkəsən ərazisində yerli tayfaların sıx məskunlaşdığını sübut edir.

Bəxtiyar Cəlilov-arxeoloq: “Kurqanın kamerası həddən artıq böyükdür. Onun uzunluğu 5 metr, eni 2.5 metr, hündürlüyü isə 2.5 metrdir. Kurqanın içi qaya daşlarından ibarətdir. Burada istifadə olunan qayaların çəkisi 2 tondan artıq olub diametri 2.5 metr, qalınlığı 60 santimetrdir. Onların 3 min il bundan əvvəl bura gətirilməsi və yerləşdirilməsi təəccüblüdür”.