• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1909
— 04.08.2015 14:50

Abşeronda və Şəmkirdə ümumilikdə 8 kiloqrama yaxın narkotik vasitələr dövriyyədən çıxarılıb

Narkotiklə əlaqəli daha iki fakt Abşeronda və Şəmkirdə qeydə alınıb. Ümumilikdə 8 kiloqrama yaxın narkotik vasitələr dövriyyədən çıxarılıb.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı vətəndaşlardan narkotik vasitələr aşkarlayaraq götürüblər. Belə ki, Binəqədi rayon sakini 45 yaşlı Taleh Xalıqovdan qanunsuz şəkildə satış məqsədi olmadan əldə edib saxladığı 0,306 qram çəkidə narkotik götürülüb. Abşeron rayonu Novxanı kənd sakini 46 yaşlı Mehman Mərdanovdan isə 0,238 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. İlkin istintaqla müəyyən edilib ki, Mehman Mərdanov eyni əmələ görə əvəllər 1, Taleh Xalıqov isə 6 dəfə məhkumluq həyatı yaşayıb.

Şəmkirdə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm Cırdaxan kənd sakini, əvvəllər məhkum olunan Suliddin Cəfərovdan 7 kiloqram 355 qram marixuana götürülüb. Hazırda polis narkotik maddənin mənbəyini araşdırır.

Bütün faktlarla bağlı araşdırma aparılır.