• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 23.09.2014 19:12

Zaqatalada ərzaq mağazası yanıb

Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata əsasən, yanğın rayonun Danaçı kəndində, Manaşa Əhmədovanın yaşadığı evin həyətyani sahəsində tikilmiş və onun özünə  məxsus, ümumi sahəsi 90 kv/m olan ərzaq malları mağazasında baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş verIən yanğın nəticəsində mağazanın tavan hissəsindən 40 kv/m sahə və mağazanın içərisindəki ərzaq malları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Mağaza sahibinin  verdiyi məlumata görə,  elektrik enerjisinin normadan artıq verilməsi üzündən  naqillərdə alışma baş verib. Faktla bağlı Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.