• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4153
— 04.08.2015 14:42

Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Belə ki, Daşkəsən rayon sakini Məleykə Süleymanovanın yaşadığı evdən qapını sındırmaq yolu ilə 5 500 manat pul oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmyerlisi Kənan Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır.