• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 04.08.2015 12:48

Azərbaycanda ölümün qarşısı alınacaq

Ölkə ərazisində avtomobillərin toqquşmasından əlavə yolu keçən piyadaların vurulması zamanı da ölüm halları çoxalıb. Sürücülər xüsusən gecə saatlarında piyadaların ömrünə son qoyurlar. Bu cür hadisələrin qarşısını almaq üçün artıq bölgələrdə işlərə başlanılıb. Tovuzun Qovlar qəsəbəsində sürücülərin diqqətini çəkmək üçün işıqsaçan işarələr quraşdırılıb. Müasir qurğular günəş batareyaları ilə işləyəcək və gecə saatlarında bir neçə metrdən sürücüləri xəbərdar edəcək.

Qovlar qəsəbəsində 3 ərazidə quraşdırılan xəbərdar edici nişanlar əhalinin sıx olduğu məntəqələrdə yerləşir. Sakinlər də quraşdırılan işarələrin onların təhlükəsizliyi üçün atılan doğru addım olduğunu bildirdilər.

Qeyd edək ki, Türkiyədə istehsal edilən 50 ədəd piyada keçid işarəsi Qovlar qəsəbəsi ilə yanaşı Tovuz rayonunda da müxtəlif ərazilərə qoyulacaq.

Rahim İbrahimoğlu