• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 04.08.2015 10:19

Gəncədə kütləvi dava nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

Qanlı hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb.  

İki qrupdan ibarət kütləvi dava nəticəsində Gəncə şəhər sakini, Niyaməddin Nağı Zeynalov bıçaqlanaraq qətlə yetirilib. Dava nəticəsində Cəlal Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Zərəçəkmiş dərhal cərrahiyyə şöbəsində əməliyyat olunub və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Prokurorluğu davanın iştirakçıları və səbələri araşdırır. Faktla bağlı cinayət işi qaldırılıb.