• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3644
— 03.08.2015 17:38

İstehkamçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatını davam etdirirlər

Bu işdə isə onların köməyinə müasir texnikalar çatır.

Onlar yalnız bir dəfə səhv edir. Ani bir diqqətsizlik həyatını itirməklə, nadir hallarda şansının gətirməsi isə ömür boyu şikəst qalmaqla nəticələnir. Nəticədə gələcəkdə hansısa bir dinc sakinin bu təhlükəynən rastlaşmaması üçün mina təmizləyənlər məhz bu risk altında çalışırlar.

ANAMA-nın əməkdaşları tərəfindən bugünə qədər Ergi düzündə 28 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib.

Hazırda isə peşəkar istehkamçılar Xocavənd rayonu ərazisində 3 milyon kvadratmetrlik sahədə minatəmizlənmə işi aparırlar.

Zülfüqar Zülfüqarov- minaaxtaran: “Əraziləri minalardan təmizləyirik.Təhlükəli olsa da çox diqqətli, məsuliyyətlə yanaşırıq bu işə. Əraziləri minalardan təmizləyəndən sonra kənd əhalisinin istifadəsinə veririk”.


ANAMA-nın əməliyyat üzrə meneceri Böyükağa Haqverdiyev bildirir ki, ərazilərin minalardan təmizlənməsində əsasən itlərdən istifadə olunur. Ancaq Avropadan alınan müasir texnikalar istehkamçılara daha təhlükəsiz şəraitdə işləmək imkanını verir. Bu texnikalar vasitəsilə həm piyada, həm də tank əleyhinə minaları zərərsizləşdirmək mümkündür.

Bildirək ki, minaxtaranlar bu işi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirirlər.

 

Daşqın Abdullayev