• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4040
— 03.08.2015 16:20

Samuxda bu ilin altı ayı ərzində görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib

Heydər Əliyev mərkəzində keçirilən hesabat toplantısında qeyd olunub ki, birinci yarımildə 421-i daimi olmaqla 476 yeni iş yeri açılıb. Bu iş yerlərinin 211-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Samux sahibkarlarına 81 layihə üzrə verilən 1 milyon 66 min manat güzəştli kredit hesabına yaradılıb. İnşasına ötən il başlanmış hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçası istifadəyə tam hazır vəziyyətə gətirilib. Qarayeri-Qaraarx yolunun əsaslı təmirinə başlanılıb. Yolun 2 km-lik hissəsinə asfalt örtüyü salınıb. Samux "Aqroenerji" kompleksində 2,8 meqavatt günəş enerjisinin istehsalına imkan verən 7860 panel quraşdırılıb. Rayonda bu il 40 hektar yeni üzüm, 5 hektardan çox meyvə bağları salınıb. Taxıl sahələrindən 27 min 757 ton məhsul əldə edilib ki, bunun da 13 min 384 tonu buğdadır.