• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4017
— 03.08.2015 12:28

Samux rayonunun Kürqırağı kəndlərinin qazlaşması prosesi davam edir

Bu ildən start götürən işlər hazırda ikinci mərhələdə aparılır. Yenikənd kəndindən sonra qazlaşma təxminən 300 sakinin məskunlaşdığı Lüksemburq kəndində yekunlaşmaq üzrədir. Podratçı şirkət küçə daxili xətlərin çəkilməsini bitirdikdən sonra mənzillərə sayğacların quraşdırılması aparılacaq. Qeyd edək ki, rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşən Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərində ümumilikdə

930 təsərrüfatda 4200 əhali yaşayır. Və bu ilin sonuna qədər həmin kəndlərə mavi yanacağın verilməsi nəzərdə tutulur.

Sərxan Kazımov -bələdiyyə sədri: "Lüksemburq kəndində 180 evə qaz xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Bu işlər kənddə sona çatdıqdan sonra Qırmızı Samux yaşayış massivinin qazlaşması həyata keçiriləcək. Ümidvarıq ki, bu ilin sonuna qədər adıçəkilən kəndlərə mavi yanacağın verilməsi təmin olunacaq. Məlumat üçün bildirim ki, sovetlər dönəmində bu kəndlərdə mavi yanacaq olmayıb".