• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3908
— 03.08.2015 12:17

Qazaxda 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb

Qazaxın Ağköynək kənd qəbiristanlığında 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb. Ailə məzarlığının 19-cu əsrə aid olduğu bildirilir. Milli Elmlər Akademiyasının tarix və etnoqrafiya institutunun əməkdaşlarının aşkarladığı qəbirlər dövrünün tanınmışlarından olan Qiyasbəyovlara məxsusdur. Ağstafa və Qazaxın müxtəlif kəndlərində uzun illərdir axtarışları davam etdirən alimlər nəhayət ki, “rəncur” təxəlüslü şeirlər yazan  Şahnigar Qiyasbəyovanın dəfn olduğu ərazini aşkarlaya biliblər.  1800- cü illərin sonunda hündür ərazidə salınan bu ailə hərəmində daha 5 qadın məzarı da var. Alimlər Şahnigar Qiyasbəyovanın  49 il ömür sürməsinə baxmayaraq xeyli əlyazmalarının dövrümüzə qədər gəlib çatdığını bildirirlər. Qeyd edək ki, şairin əl yazmalarını Firudin bəy Köçərli və Əzizə Cəfərzadə müxtəlif illərdə çap etdiriblər