• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 01.08.2015 14:06

İstedadlı gənc Mətanət Quliyevanın “Kəpənəyin saldığı yol” şeirlər kitabının təqdimatı keçirilib

Şəmkir Heydər Əliyev Mərkəzində istedadlı gənc Mətanət Quliyevanın  "Kəpənəyin saldığı yol" şeirlər kitabının təqdimatı keçirilib. Gənc şairənin həm də doğum gününə təsadüf edən təqdimat mərasimində rayon rəsmiləri, ziyalılar, şeir və sənət adamları iştirak edib. Onun şeirlərində vətənə sevgi, sabaha ümid, həyata nikbin baxış aydın sezilir. Şəmkir Rayon Heydər Əliyev Mərkəzilə sıx əməkdaşlıq edən gənc şairə bu günlərdə əldə etdiyi daha bir uğurunun sevincini də yaşayır.

Mətanət Qüdsi- gənc şairə: “İncəsənət ruhlu bir insan olduğuma görə V qrupu seçdim və Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət fakültəsinə qəbul oldum. Fiziki məhdudiyyət son deyil, həyat belə də gözəldir. "Gün gələr gözəlləşər, reallaşar arzular...Sən də xoşbəxt olarsan, məni yada salarsan..." Hər bir uğurumda kəpənəyin bu sözlərini xatırlayıram”.