• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 01.08.2015 13:18

Günvurmadan özünüzü qoruyun!

İsti yay günlərində səhhətimiz üçün ciddi təhlükə törədən səbəblərdən biri də günvurmalardır. Artıq bir neçə gündür ki, respublika ərazisində havaların kəskin isti keçməsi, vətəndaşların belə hallara qarşı diqqətli olmasını vacib edir. Xüsusən də isti havalarda uşaq və yaşlıların, eləcə də bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, gün ərzində açıq günəş altında daha az olmaları, bol maye qəbul etmələri, az kalorili yüngül yeməklərlə qidalanmalı  və həmçinin gündəlik geyimlərində dar olmayan açıq rəngli paltarlardan istifadə etmələri mütəxəssislər tərəfindən tövsiyə olunur. Əks halda gün vurma nəticəsində sağlamlıqları ilə bağlı ciddi problemlərlə qarşılaşa bilərlər. Gəncə şəhər TTY stansiyasından bildirdilər ki, bu günədək stansiyaya  gün vurma diaqnozu  ilə müraciət edən olmayıb. Lakin həkimlər bildirir ki, vətəndaşlar  qarşıdakı günlərin də isti keçməsini nəzərə alaraq yuxarıda sadalanan göstərişlərə mütləq şəkildə əməl etməlidirlər.