• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 01.08.2015 13:11

Gəncədə ilin birinci rübünün hesabatı verildi

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr haqqında şəhər  İcra Hakimiyyəti başçısının 2015-ci ilin birinci yarısının hesabatı keçirilib. Toplantıda qeyd olunub ki, bu ilin 1-ci yarısında Gəncədə 311,2 milyon manatlıq məhsul buraxılıb və bu göstərici 2015-ci ilin yanvar-iyun aylarında hər bir nəfərə 988 manat səviyyəsində olub. Hesabat iclasında sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma, nəqliyyat, informasiya və rabitə, eləcə də ticarət xidmətləri sahəsində artım qeydə alındığı vurğulanıb. Hesabat dövründə şəhərin inkişaf strategiyasına uyğun olaraq tikinti, abadlıq - quruculuq işlərinin sürətlə aparılmasından söz açılaraq, Gəncəçay çayının sağ və sol hissəsində - 2,4 km uzunluğunda bulvarın salınması, 5 mərtəbəli Mətbuat evinin tikintisi başa çatdırılıb, Heydər Əliyev Park-Kompleksində açıq havada, 7 hektardan artıq sahədə “GəncLand” istirahət və əyləncə kompleksinin istifadəyə verilməsi, Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrının yeni binasının inşasının aparılması, “İmamzadə” Kompleksində təmir-tikinti işləri və digər layihələr haqqından məlumat verilib. Hesabat iclasında Gəncənin elektrik, qaz, su və rabitə sahəsində görülən işlərə də nəzər salınıb. Toplantıda prezident İlham Əliyevin 22 iyunda imzaladığı sərəncama uyğun olaraq Gəncənin ictimai - siyası həyatında fəallığı ilə seçilənlərə fəxri ad, orden və medallar verilib.