• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 01.08.2015 12:59

Şəhidimiz ölümündən sonra təltif edildi

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Eldar Fətəliyev müdafiə nazirinin əmri ilə ölümündən sonra təltif olunub.

Eldar Fətəliyev hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medala layiq görülüb. Şəhidin yaşadığı Gədəbəyin Novoivanovka kəndində Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən medal onun ailə üzvlərinə təqdim edilib.

Həmçinin ailəyə maddi yardım da edilib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Eldar Fətəliyev iyulun 24-də cəbhənin Gədəbəy istiqamətində şəhid olub. Eldar Fətəliyev ailəli idi və 2 azyaşlı övlad atasıdır.