Bu günə xəbərlərin oxunma sayı: 1366
— 31.07.2015 16:49

​Kürdəmirin Sığırlı kəndində qətl hadisəsi baş verib

Kənd sakini 23 yaşlı Gülər Mütəllimova yaşadığı evdə keçmiş həyat yoldaşı 31 yaşlı Elman Rüstəmov tərəfindən qətlə yetirilib. Bildirildiyinə görə, Gülər Mütəllimova onu öldürən şəxslə təxminən bir il yarım rəsmi nikahda olub. 2015-ci ilin yanvarında isə faktiki olaraq ayrıldıqdan sonra, qadın ata evinə köçərək azyaşlı uşağı ilə birlikdə orada yaşayıb. Qətl hadisəsi baş verən gecə evdə yalnız Gülər Mütəllimova və onun azyaşlı uşağı olub. Elman Rüstəmov keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürüb. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.