• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 31.07.2015 18:44

Şəkidə daha bir ilansancma halı baş verib

Hadisə bu gün günorta saat 12 radələrində qeydə alınıb. Şəkinin Baş Layısqı kənd sakini Hikmət Yusifov çöllük ərazidə böyürtkən yeyərkən ilan ayağından sancıb. Onun köməyinə ilk olaraq oğlu çatıb. Zərərçəkən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-stabil qiymətləndirilir. Qeyd edək ki, bu il ərzində 15 nəfər ilansancma diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.