• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 31.07.2015 16:54

Şirvanda və Şabranda qohumlar arasında münaqişələr bıçaqlanmaya səbəb olub

 Şirvanda qayın yeznəsini bıçaqlayıb. Hadisə Şirvan şəhəri M.Əzizbəyov küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Hacıqabul rayon sakini 37 yaşlı Elşən Bağıyev özündən bir yaş kiçik yeznəsi Füzuli Cəfərovu öz evində bıçaqlayıb. Yaralı dərhal Şirvan Mərkəzi Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona daxilə keçən və ağ ciyəri zədələyən bıçaq xəsarətləri diqnozu qoyulub və əməliyyat olunub.  Bıçaqlanan şəxsin qardaşı Nizami Cəfərovun  bildirdiyinə görə, qohumlar arasında münaqişə bankdan götürülən kredit üstündə yaranıb. 

Hadisəni törədən Elşən Bağıyev dövlət sərhədini keçmək istəyərkən Samur sərhəd-keçid məntəqəsində saxlanılaraq hüquq-mühavizə orqanlarına təhvil verilib.

Daha bir bıçaqlama faktı Şabran rayonunda qeydə alınıb. Rayonun Xırdaoymaq kənd sakini 20 yaşlı Rövşən Dadaşov, əmisi, rayonun Gəndob kənd sakini 31 yaşlı Elxan a qarın nahiyyəsindən bir və digər qonaq olan Gəndob kənd sakini 44 yaşlı Şahin Mürsəliyevə qarın nahiyyəsindən iki bıçaq zərbəsi endirib. Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub. 20 yaşlı Rövşən Dadaşov üçün isə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.