• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 31.07.2015 15:54

Gəncədə, Mülkü Müdafiə qoşunlarının Mülkü Müdafiə idarəsi tərəfindən mülkü müdafiə təlimi keçirilib

Gəncədə, Mülkü Müdafiə qoşunlarının Mülkü Müdafiə idarəsi tərəfindən 2015- ci il üçün hazırlıq planına uyğun olaraq fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülkü müdafiə təlimi keçirilib. Təlimə Gəncə şəhər İcra Hakimiyyəti, şəhər fövqəladə hallar komissiyası, şəhərin mülkü müdafiə xidmətləri, ərazi və obyekt mülkü müdafiə qüvvə və vəsaitləri, həmçinin təsərrüfat obyektləri iştirak edib. Kompleks təlimin keçirilməsində əsas məqsəd, Azərbaycan respublikası qanununa uyğun olaraq mülkü müdafiənin təmin edilməsi barədə tələbinə əsasən fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinin hazırlıqlarının yoxlanılması olub. Təlimlər zamanı şəhərin mülkü müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən əraziyə giriş- çıxışların məhdudlaşdırılmasını, baş verən yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması və partlayış baş verən ərazidən yaralıların və adamların təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib. Təlimdə şəhərin hərbiləşdirilmiş dəstələrinin 354 nəfər şəxsi heyəti və 58 ədəd texnikası iştirak edib.