• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 31.07.2015 13:49

Gəncədə “Gənc jurnalistlərin internet təhlükəsizliyi forumu” layihəsinə yekun vurulub

Gəncədə Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının “Gənc jurnalistlərin internet təhlükəsizliyi forumu” layihəsinə yekun vurulub. Peşəkar jurnalistlərin də dəvət olunduğu tədbirdə layihə çərçivəsində gənclərin Azərbaycan mediasında informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirildiyi bildirilib. Daxili proseslərin düzgün işıqlandırılması, ümumi dövlət maraqlarına gəldikdə daha da məsuliyyətli və peşəkarcasına davranmağın vacibliyi, bu yöndə birgə fəaliyyət mövzuları geniş müzakirə olunub. Region üzrə medianın inkişafında xidməti olan jurnalistlər mükafatlandırılıb.