• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 31.07.2015 13:43

Gədəbəy rayonunun daha bir kəndi mavi yanacaqla təmin edilib

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı çərçivəsində rayonun Çalburun kəndinə qaz xəttinin çəkilişi başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış zamanı bildirilib ki, 375 abonenti olan Çalburun kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21047 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 siyirtmə, 375 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rasim Zeynalov- Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi: "Digər kəndlərin də qazlaşdırılması işləri aparılır. Gədəbəy rayonunun Miskinli, Söyüdlü, Ağamalı, Leşkər, Parakənd, Nərimankənd kəndlərinin də qazlaşdırılması həyata keçiriləcək. Çalburun kəndinin qazlaşdırılması zamanı diametri 273 mm və 159 mm olan 7283 paqonometr metal borulardan istifadə edilib".