• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 31.07.2015 13:02

Gəncədə, şəhər icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib

Qəbulda 50-ə yaxın şəhər sakininin müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial və kommunal məsələlərin həlli, iş yerləri ilə təmin olunmaq və mülkü məsələlərdə sənədləşmələrin aparılması yönündə olub. Şəhər rəhbərliyi tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən  aidiyyatı qurumlara tapşırıqlar verilib. Qəbulda həmçinin şəhərdə aparılan quruculuq abadlıq işləri haqda da iştirakçılara məlumat verilib.