• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4204
— 31.07.2015 12:58

TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib ki, onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. TQDK-nın Gəncə Regional bölməsi üzrə 21 abituriyent bu imtahana buraxılıb ki, onlardan da yalnız 8 nəfəri imtahan prosesində iştirak edib. 2 saat 30 dəqiqə davam edən imtahan prosesi zamanı abituriyentlər təqdim olunan 3 mövzudan biri üzrə esse yazıblar. Regionlarda aparılan imtahan prosesləri canlı bağlantı vasitəsi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında izlənilib.