• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1746
— 30.07.2015 17:44

Qaxda külli miqdarda çətənə kolları aşkarlanıb

Ümumi çəkisi 3 tondan çox olan narkotik bitki polis əməkdaşları tərəfindən məhv edilib. 

Əməliyyat tədbiri Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adı altında keçirilib. Məqsəd rayon ərazisində narkotik tərkibli bitkilərin olduğu əraziləri aşkarlamaq və belə bitkiləri məhv etmək olub. Əməliyyat tədbiri çərçivəsində rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının istifadə olunmayan 3.5 hektar ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3 ton 250 kq olan, 7244 ədəd çətənə kolu yığılaraq yandırma üsulu ilə məhv olunub.

Qax RPŞ-dən qeyd olunub ki, Narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.