• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4158
— 30.07.2015 17:01

Zaqatala polisi uğurlu əməliyyata imza atıb

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub. Həmin şəxsdən hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb. Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.