• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 30.07.2015 15:26

Şəmkir rayonunun Qaraqocalı və Çaylı kəndlərinə ilk dəfə təbii qaz verilib

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 79 abonenti olan Qaraqocalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4801 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bundan başqa 12 siyirtmə, 79 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayon mərkəzindən 31 km aralıda yerləşən və 116 abonenti olan Çaylı kəndinin qazlaşdırılması üçün isə, birpilləli sistem əsasında ümumi uzunluğu 21 236 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri, 40 siyirtmə, 116 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rasim Zeynalov- Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi: "Rayonun daha 3 kəndində qazlaşdırma işləri davam edir, son tamamlanma işləri həyata keçirilir. Yaxın günlərdə Mehirli, Bayramlı və Muxtariyyə kəndlərində qaz açılışları həyata keçiriləcək".