• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 30.07.2015 11:27

24 yaşlı gənc alimentə görə özünü bıçaqlayıb

Hadisə rayonda yerləşən məhkəmələrin birində baş verib.

Göygöl rayonu Çaykənd kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayon sakini 24 yaşlı Məhəbbət Uğurluyev Kəlbəcər rayon Məhkəməsində özünə xəsarət yetirib. Səbəb isə 3 il bundan əvvəl boşandığı ailəsinə aliment vermək istəməməsi olub. Uzun müddətdir ki, alimenti ödəyə bilməyən 24 yaşlı gənc Kəlbəcər rayon icra qrupuna çağırılıb və ondan yığılıb qalan 770 manat pulun ödənilməsini tələb olunub. Ödənişdən imtina edən şəxs icra qrupunun rəhbəri Rafiq Əsgərovun otağında stolun üstündəki qayçı ilə qarın boşluğuna xəsarət yetirib. Zərərçəkmiş dərhal qohumlarının köməyi ilə Gəncə şəhər TTYX-nin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bəxtiyar  Əliyev - həkim: "Uğurluyev Məhəbbət Kazım oğlu 1991-ci il təvəllüdlüdür. Qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti keçirilmiş əməliyyata uyğundur, stabildir".

Zərərçəkmişin anasının bildirdiyinə görə, oğlu səhhəti ilə əlaqədar bir neçə aydır ki, işləmədiyi üçün alimentin verilməsi gecikib. 24 yaşlı gəncin özünə xəsarət yetirməsinə gəlincə ana bədbəxt hadisəni belə şərh edib.

Zərəçəkmişin anası: "Oğluma dedilər ki, ya alimenti ödə, ya da sənə 5 il həbs düşür. Oğlum da icraçının sözü qurtaran kimi stolun üstündən qayçını götürüb qarnına 3 dəfə zərbə endirib".

Göygöl Polis Şöbəsində baş verən bədbəxt hadisənin təfərrüatları araşdırılır.

 

Xaliq Qurbanlı