• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4070
— 29.07.2015 17:36

Şəkidə qonşular arasında baş verən münaqişədə bir nəfər xəsarət alıb

Rayonun Çayqaraqoyunlu kənd sakini, 1958-ci il təvəllüdlü İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub. Reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, qonşular arasında mübahisə torpaq üstündə yaranıb. 28 iyulda İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən onlar arasında münaqişə baş verib. Bu dəfə isə qonşuları İslam İsayevə ağır bədən xəsarətləri yetiriblər. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.