Bu günə xəbərlərin oxunma sayı: 1437
— 29.07.2015 18:01

Bir neçə gün əvvəl Yasamal rayonunda terminalından oğurluq edən şəxslərin digər cinayət əməlləri də aşkarlanıb

Bir neçə gün əvvəl Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ödəniş terminalından oğurluq etdikləri üçün saxlanılan Amid Əliyev, Nihad Bağıyev və Elmar Məmmədovun başqa cinayət əməlləri də ortaya çıxıb. Saxlanılan şəxslərin ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onların, Qaradağ rayon ərazisində Babalar Süleymanova məxsus mağazada və Qobustan qəsəbəsində quraşdırılmış ödəmə terminallarından ümumilikdə 3590 manat oğurlamaları müəyyən edilib.  Saxlanılan şəxslər ifadələri zamanı Bakı və Sumqayıt şəhərlərinin müxtəlif nöqtələrində quraşdırılan 20-yə yaxın ödəniş terminalını sındıraraq orada olan kassanı ələ keçirdiklərini etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ətraflarında əməliyyat-istintaq tədbirləri davan etdirilir.