• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 29.07.2015 16:36

Dövlət Gömrük Komitəsi Azərbaycana qanunsuz yolla gətirilən məhsulları məhv edib

Ümumi miqdarı təxminən 65 min qutu olan tütün məhsulları ilə yanaşı, yararsız olan müxtəlif qida məhsulları da zərərsizləşdirilib. Yandırılan mallar arasında insan səhhətinə zərərli hesab edilən Ermənistan istehsalı olan  100-ə yaxın məhsul da var.

Yandırılan məhsulların qanunsuz olduğu məhkəmənin qərarı ilə təsdiqlənib. Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi də bunları istifadə üçün yararsız hesab edib.

Fikrət Ələsgərli- Dövlət Gömrük Komitəsinin şöbə rəisi: “Yandırılan mallar arasında Ermənistanın istehsalı olan 100-ə yaxın məhsul insan səhhətinə zərərli olduğundan yandırılıb. Qida məhsullarından müxtəlif növdə içkilər, ət, kolbasa və konserv məhsullarının istifadə müddətinin bitdiyi aşkarlanıb”.

Ermənistandan gətirilən məhsulları Balakən və Tovuz rayon gömrük idarəsinin əməkdaşları aşkarlayıb.  

Yandırılan əşyalar arasında 252 ədəd müxtəlif markalı mobil telefon da var. İstifadəyə yararsız məhsulların ümumi dəyəri olmadığından onlar qiymətləndirilmir.