• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 14.09.2014 22:29

Gəncədə müharibə veteranları və şəhid ailələrindən olan məktəblilərə pulsuz məktəb formaları paylanılıb

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında müharibə veteranları və şəhid ailələrindən olan məktəblilərə pulsuz məktəb formalarının paylanması ilə bağlı aksiya keçirilib. Tədbirdə İcra Hakimiyyəti nümayəndələri, elm adamları və məktəb direktorları iştirak ediblər. Bildirilib ki, 375 şagird geyimlə təmin olunub. Verilən məktəbli formaları hər bir şagirdin yaşına və ölçülərinə uyğun şəkildə hazırlanıb. Həmçinin o da qeyd olunub ki, müharibə veteranları və şəhid ailələrinə qarşı qayğı və diqqət daha da artırılacaq və bu cür aksiyalar mütəmadi xarakter daşıyır. Məktəbli formalarının günün sonunadək şagirdlərə paylanılacağı deyilib.