• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 27.07.2015 18:03

Sürət həddinin aşılması növbəti qəzaya səbəb oldu

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun Qazax rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gürcüstan istiqamətində sürətlə hərəkətdə olan “Şaqman” markalı yük maşını Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində qəzaya uğrayıb. Sürücü qəfildən idarəetməni itirdiyini görərək özünü kabinədən atıb. Yüklə dolu maşın yoldan kənara aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb. Sürücünün kimliyi hələ ki, müəyyənləşməyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.