• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 23.09.2014 14:54

Gəncədəki 26 saylı məktəb-lisey müasir tələblər səviyyəsində əsaslı təmir olunub

Gəncədə daha bir təhsil ocağı əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev müəllim və şagird kollektivini təbrik edib. Tədbirdə bildirilib ki, son 3 ildə Gəncədə 30-a yaxın məktəb və lisey əsaslı təmir olunub, 8 məktəbəqədər müəssisə tamamilə yenidən qurulub. Hazırda şəhər məktəblərinin maddi-texniki bazası daha da möhkəmləndirilib. Açılış mərasimi qeyd olunan 26 saylı məktəb – lisey 1934-cü ildə inşa olunub və ilk dəfədir ki, müasir tələblər səviyyəsində əsaslı şəkildə təmir olunur. Burada təhsil alan 960 şagirdin təlim-tərbiyəsi ilə 100-dən artıq müəllim məşğul olur. Şagirdlərin ixtiyarına verilən fənn kabinetləri, laboratoriyalar, kompyuter otağı, kitabxana və digər tikililər tədrisin keyfiyyətini daha da artırmağa imkan verəcək. Ötən tədris ilində məktəbi bitirən məzunlardan 70%-ə yaxını test imtahanlarında uğurla iştirak edərək tələbə adına layiq görülüb.