• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3169
— 27.07.2015 18:33

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Daşkəsən rayon sakini, 29 yaşlı Elnur Yusibov yüksək sürətlə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən Gəncə şəhər sakini, 21 yaşlı Vasif Fərəcovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.