• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 27.07.2015 17:28

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftə sonu növbəti avtoreyd keçirib

Həftə sonu Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran istirahət zonasında avtoreyd keçirib. Reyd zamanı 50-dən artıq sürücü yol-hərəkət qaydalarını pozub. 

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftə sonu növbəti avtoreyd keçirib. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub və gecə saatlarınadək davam edib.

Daha çox qayda pozuntuları isə gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyənləşdirmək məqsədilə həkim müayinəsi də təşkil edilib. Bununla yanaşı, sərxoş sürücülərin bəziləri polisə tabe olmayaraq müqavimət göstərib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan 50-dən artıq sürücü barəsində protokol tərtib edilərək, tədbirlər görülüb. Reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.