• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 27.07.2015 17:02

Qazax rayon sakini su kanalına düşərək boğulub

Hadisə rayonun Qarapapaq kəndində baş verib. Qazax-Şəmkir suvarma kanalında xalça yuyan 71 yaşlı Tamella Babayeva axar suya düşüb. Onun arxasınca gələn ailə üzvləri mərhumu kanal kənarında görməyiblər. Köməyə gələn kənd sakinlərinin və yerli hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları bir neçə saatdan sonra nəticə verib. Qadının meyidi su kanalının Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində tapılıb. Faktla bağlı araşdırma aparılır.