• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 27.07.2015 17:16

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə yerli polis əməkdaşları ilə birlikdə reydlər keçirib

Son zamanlar ölkə ərazisində yol qəza hadisələrinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar olaraq istirahət günlərində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə yerli polis əməkdaşları ilə birlikdə reydlər keçirib.

Şəki DYPB-nin əməkdaşları Baş DYP-nin əməkdaşları ilə birgə şəhərin bir sıra yerlərində reyd keçirib. Axşam saatlarından başlayan reyd bir çox maraqlı məqamlarla yadda qalıb. Reyd zamanı qayda pozan sürücülər polis tərəfindən saxlanılıb. Bəzi sürücülər polisin “dayan” əmrinə tabe olmayaraq oradan qaçmağa çalışıb.

Saxlanılan bəzi sərxoş sürücülər isə özlərinin bu əməlinə bəraət qazandırmağa çalışıb.

Gecə saatlarına qədər davam edən reyd zamanı ümumilikdə 42 qayda pozuntusu qeydə alınıb.  7 nəfərə avtomobili sərxoş idarə etdiyinə görə, 2 nəfərə avtomobili sənədsiz idarə etdiyini görə, 33 nəfərə isə müxtəlif qayda pozuntularına görə protokol tətbiq edilib. Belə reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.