• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4078
— 27.07.2015 17:11

Şəkidə və Tovuzda ilanvurmalar baş verib

Tovuzda bir gündə iki nəfəri ilan sancıb. Şəkidə də ilanvurma halı baş verib.

Tovuzda ilan sancan iki nəfərdən birinin ayağından yüngül dişləmə olduğundan ambulator müalicəyə göndərilib. 39 yaşlı İbad Hüseynovun vəziyyəti isə ağır olduğu üçün Tovuz Mərkəzi Rayon Xəstəxənasının reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənin qohumlarının sözlərinə görə, İbad Hüseynov Azaflı kəndinin ərazisində mal-qara otararkən ilan onun əlindən dişləyib. Kənd sakini dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. 39 yaşlı kişinin vəziyyəti ağır olduğundan paytaxtdan Tovuza həkim briqadası çağırılıb. Aparılan profilaktik tədbirlər nəticəsində 2 uşaq atasını həyata qaytarmaq mümkün olub.

Şəkidə də növbəti ilansancma hadisəsi qeydə alınıb. Qayabaşı kənd sakini Əliyev Məmməd Qurban oğlu ilansancma diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Xəstəyə  ilan zəhəri əleyhinə zərdab vurulub, hazırda müalicəsi davam etdirilir.