• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4178
— 27.07.2015 17:05

Qax və Balakəndə də reyd keçirilib

Əsasən istirahət məkanlarının yaxınlığında keçirilən reydlər zamanı 100-ə yaxın yol hərəkəti qaydalarının pozulması faktları aşkarlanıb.

Qaxın İlisu kəndi ərazisində keçirilən reyd zamanı bəzi sürücülərin sərxoş halda avtomobil idarə etdiyi məlum olub. Onların avtomobili cərimə meydançasına salınıb. Yol polisi əməkdaşlarının əmrinə tabe olmayaraq qaçmağa çalışanlar da olub, ancaq onlar çox uzağa gedə bilməyiblər.

Avtomobilinin şuşələrinə görüntünü məhdudlaşdıran pərdə və plyonka yapışdıran sürücülər də yol polisinin hədəfinə tuş gəlib. Ümumilkdə müxtəlif qayda pozuntusuna görə 40-dan çox sürücüyə qarşı müvafiq protokol tətbiq edilib.

Balakəndə keçirilən reydlər zamanı 100-dən çox avtomobil saxlanılıb. Təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə avadanlıqlar quraşdıran, avtomobili sənədsiz və içkili vəziyyətdə idarə edən və digər qayda pozuntusuna yol verən ümumilikdə 70 sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib, 20 avtomobil cərimə meydançasına aparılıb.