• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 23.09.2014 14:33

Şəhərimizdə daha bir yeraltı keçid yenidən əsaslı təmir olunub

Gəncədə Şah İsmayıl Xətai prospektindəki yeraltı keçid şəhər icra hakimiyyətinin sifarişi ilə yenidən əsaslı təmir olunub. Müasir səviyyədə təmir edilən  bu yeraltı keçid,  şəhərimizdə sayca 3-cüdür. Mirzə Şəfi Vazehin 220 illik yubleyi ilə əlaqədar bu yeraltı keçidə elə şairin adı verilib. Yeraltı keçidin daxili dərinliyi əhalinin rahat gediş-gəlişi üçün 20 sm dərinləşdirilərək mərmər daşlarla örtülüb, həmçinin keçiddə hərəkətin təhlükəsizliyi üçün video kameralar da quraşdırılıb. Keçiddə əlillərin və körpə uşaq arabalarının düşüb-qalxması üçün xüsusi yer də düzəldilib. Bundan başqa şəhərimizdə olan digər yeraltı keçidlərdən fərqli olaraq burada 4 girişinin piləkənlərinin üstünə qar, yağış, gün düşməməsi üçün örtük də düzəldilir. Örtüyün eni 4, uzunu 10 metrdir və şəffaf şüşə ilə üzlənəzək. Keçidə,  xüsusi layihə əsasında mozaikadan hazırlanan,  diametri 1 m 60 sm olan portret, eləcə də şairin adı və digər elementlər yazılan kompazisiya da vurulub.