• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4384
— 23.09.2014 13:03

Şəmkirdə sürücü “Mercedes”i ağaca çırpıb, yaralılar var

Bu gün saat 12:00 radələrində Şəmkir – Çinarlı avtomobil yolunun 3-cü kilometrliyində avtomobil qəzası baş verib.

Rayon sakini 21 yaşlı Teymuraz Qurbanzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və onun sərnişini Gəncə sakini 24 yaşlı İlkin Namazov yaralı halda xəstəxanaya aparılıb. İlkin tibbi yardımdan sonra hər iki şəxs Gəncə şəhəri ixtisaslaşmış xəstəxanaya köçürülüb.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aprılır.