Bu günə xəbərlərin oxunma sayı: 1390
— 24.07.2015 17:24

Üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayon sakini Xıdırnəbi İsmayılovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş  İdarə və Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan şəxs saxlanılıb və fakt öz təsdiqini tapıb.

Saxlanılan şəxsin üzərindən sandıqçasında 4 ədəd patron olan “FEG-37M” markalı tapança və 3 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat  tədbirləri davam etdirilir.