• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 23.09.2014 12:26

Güclü yağış Ağstafa rayonunun kəndlərində həyatı iflic edib

Gecə saatlarında qərb bölgəsinə yağan güclü yağış Ağstafa rayonun bir sıra kəndlərində həyatı iflic edib. Gecə saat 1 radələrində rayonun ən böyük kəndi Dağ Kəsəmənə yağan güclü yağış ardından selə çevrilib. 1 saatdan artıq yağan güclü yağış kəndi iki hissəyə bölüb. Leysan kənd sakinlərindən birinə məxsus “QAZ-24” markalı avtomobili yaşayış yerindən təxminən 400 metr uzaqlıqdakı yeraltı keçidə qədər aparıb. Rayonun baş memarı, Fövqəladə Hallar Komissiyasının üzvü  Sənan Mustafayevin verdiyi məlumata görə, 100-ə yaxın yaşayış mənzilinin həyətləri selin gətirdiyi palçığın, lilin altında qalıb. Sel sularının ağuşuna aldığı əraziyə gecə saatlarında rayon İcra hakimiyyətinin nümayəndələri də baş çəkiblər. Bu gün səhər saatlarından isə Dağ Kəsəmən kəndi ərazisində iri texnikalar selin fəsadlarını aradan qaldırmasına cəlb edilib. Artıq Dağ Kəsəmən kəndində selin yaratdığı fəsadlar aradan qaldırılır. Ərazi polis tərəfindən nəzarətə götürülüb. Qeyd edək ki, hər il avqustun sonu sentyabrın əvvələrində Ağstafa rayonun Dağkəsəmən kəndində bu cür vəziyyət  yaranır.