Bu günə xəbərlərin oxunma sayı: 1461
— 23.07.2015 18:02

Bakıda mənzildən oğurluq edilib

Hadisə paytaxtın Nəsimi rayonunda, Hüseyn Seyidzadə küçəsi 110, ev 4a, mənzil 8-də qeydə alınıb. Bakı sakini 47 yaşlı Məhəbbət Səfiyevaya məxsus mənzildən qapının kilidini sındırmaq yolu ilə 10 min 600 manat pul, qızıl-zinət əşyaları, planşet, mobil telefon oğurlanıb. Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.